Belarusun yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Belarusun yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
# 27 avqust 2015 13:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Qennadiy Vladimiroviç Axramoviçi qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Qennadiy Vladimiroviç Axramoviç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Elmar Məmmədyarov Qennadiy Vladimiroviç Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR