Azərbaycanda estakadada baş vermiş uçqun nəticəsində dənizə düşmüş şəxsin axtarışına FHN-nin helikopteri cəlb edillib - YENİLƏNİB - VİDEO

Azərbaycanda estakadada baş vermiş uçqun nəticəsində dənizə düşmüş şəxsin axtarışına FHN-nin helikopteri cəlb edillib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 06 noyabr 2014 16:28 (UTC +04:00)

FHN-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində N.Nərimanov adına NQÇİ-yə məxsus estakada uçub.

Dərhal hadisə rayonuna FHN-nin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib və suda batması ehtimal olunan bir nəfərin axtarılması üçün işlər aparılıb. Axtarış-xilasetmə işləri noyabrın 07-də də davam etdiriləcək.

Qeyd edək ki, bu gün saat 16:00 radələrində “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına NQCİ-də bədbəxt hadisə baş verib. “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb. Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüb.Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir. Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış işlərinə cəlb olunub.

*** 18.41

Bakı - APA-Economics. “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına NQCİ-də bədbəxt hadisə baş verib.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 16:00 radələrində “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb.

Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb.

Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüb.

Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib.

Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir. Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış işlərinə cəlb olunub.

Axtarış işlərinin nəticələri haqqında əlavə məlumat veriləcək. Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR