Kuzey Kıbrıs Türk Cümhuriyyətinin növbəti prezidenti elan edilib

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin növbəti prezidenti elan edilib
# 26 aprel 2015 19:06 (UTC +04:00)

Bakı-APA. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) növbəti prezidenti elan edilib.

APA-nın KKTC-nin rəsmi Türk Ajansı Kıbrısa (TAK) istinadən verdiyi xəbərə görə, bu gün prezident seçkilərinin ikinci turu keçirilib.

KKTC seçicilərinin 56 faizinin qatıldığı seçkiyə ötən həftənin bazar günü keçirilmiş ilk turda ən çox səs toplamış Dərviş Əroğlu və Mustafa Akıncı qatılıb.

KKTC-nin Mərkəzi Seçki Komissiyası Mustafa Akınçının prezident seçkilərinin qalibi olduğunu açıqlayıb. Onun seçicilərin 60,17, rəqibi Dərviş Əroğlunun isə 39,83 faizinin səsini aldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR