Əli Əhmədov: “Radikalizmin kök saldığı yerdə inkişafdan danışmaq yersizdir”

Əli Əhmədov: “Radikalizmin kök saldığı yerdə inkişafdan danışmaq yersizdir”
# 05 dekabr 2014 09:24 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Binəqədi rayon İcra Hakimiyyəti ilə birlikdə “Milli mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə keçirdiyi görüşündə deyib. O bildirib ki, Azərbaycan vətəndaşları radikalizmin sülh və sabitlik üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirlər:

“Azərbaycanda dini radikalizm heç vaxt olmayıb, amma siyasi radikalizmin ölkəyə necə ziyan gətirdiyinin şahidi olmuşuq. Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəlməsi ilə siyasi radikalizmə də son verildi və sabit inkişafın əsası qoyuldu”.

Ə. Əhmədov gənclərə xitabən deyib ki, sabitliyin, dincliyin olmadığı və əvəzində radikalizmin kök saldığı yerdə inkişafdan danışmaq yersizdir. O regionda baş verən hadisələri buna misal çəkərək bildirib ki, radikalizmin gücləndiyi yerdə heç bir dialoqdan da söhbət gedə bilməz və bu da fəlakətlə nəticələnəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR