Oktyabrda Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Oktyabrda Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
# 07 noyabr 2015 07:33 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabr ayı üzrə sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, AMB-nin valyuta ehtiyatları son 1 ayda 180,1 mln. dollar və ya 2,57% azalaraq 6 mlrd. 834,6 mln. dollara düşüb.

Son 1 ildə isə AMB-nin valyuta ehtiyatlarında 8 199 mln. dollar və ya 54,54% azalma qeydə alınıb.

Cari ilin əvvəlindən azalma 6 923,7 mln. dollar və ya 50,32% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR