Vaşinqtonda ənənəvi XII Türk Festivalı keçirilib

Vaşinqtonda ənənəvi XII Türk Festivalı keçirilib
# 29 sentyabr 2014 15:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 28-də Vaşinqtonda Amerikada yaşayan azərbaycanlıların da iştirak etdiyi ənənəvi XII Türk Festivalı keçirilib.

APA - nın məlumatına görə, Ağ evin yaxınlığında, Pensilvaniya küçəsində başlayan festivalda ziyarətçilər türk mətbəxi, məşhur türk qəhvəsi, 20-dən çox incəsənət nümunəsi, o cümlədən, zərgərlik məmulatları, əllə toxunmuş toxuculuq məhsulları, saxsı qablar və s. ilə tanış olublar.

Festivalın təşkilatçısı, Amerika Türkiyə Assosiasiyasının İdarə Heyətinin üzvü İsmayıl Şahtaxtinskinin sözlərinə görə, Azərbaycanla bağlı hazırlanan stend böyük maraq doğurub. Onun sözlərinə görə, Azərbaycanla bağlı stenddə ölkənin mədəniyyəti, tarixi barədə fotolar, milli paltarlar, kitablar və suvenirlər olub.

Festivalda müxtəlif türk milli rəqsləri ifa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR