AMEA-da bir sıra kadr dəyişiklikləri edilib

AMEA-da bir sıra kadr dəyişiklikləri edilib
# 23 sentyabr 2015 14:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra kadr dəyişikliyi edilib. APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında filologiya üzrə elmlər doktoru Məmməd Əliyev və filologiya üzrə elmlər doktoru Məhərrəm Qasımlı Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin olunublar.

Filologiya üzrə elmlər doktoru Xatirə Bəşirli Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, Sədaqət Hüseynova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin muzeyşünaslıq və fond işi üzrə direktor müavini vəzifələrinə, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi katibi vəzifəsinə təyin ediliblər.

Nərgiz Əliyarlı AMEA Rəyasət Heyəti aparatının Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi rəhbərinin müavini vəzifəsinə, AMEA-nın müxbir üzvü Şahin Mustafayev Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Eyni zamanda, AMEA-nın Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının yeni tərkibi təsdiqlənib və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun strukturunda və AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının tərkibində dəyişiklik edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR