Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda 5 ay əvvəl suda batan orta məktəb müəlliminin meyiti tapılıb.
Sabirabad rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 5 ay əvvəl Kür çayında boğulan və itkin düşən Cavad kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlunun meyiti bu gün çaydan çıxarılıb.
Meyit Ə. Hüseynovun batdığı yerdən 3-4 kilometr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, 05 dekabr 2014-cü ildə Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, Əhliman Hüseynov “VAZ 2107” markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb. Həmin vaxt avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı xilas edilsə də, sürücünü xilas etmək mümkün olmayaıb. Onun meyitinin axtarışları bir nəticə vermədiyindən axtarışlar dayandırılıb.
Sabirabadda 5 ay əvvəl Kürdə batan müəllimin meyiti tapılıb - VİDEO
03 may 2015 18:56 (UTC +04:00)
Hadisə
Goranboyda inzibati binadan oğurluğa görə mühafizəçi saxlanılıb
17:41
6 may 2024
Naxçıvanın sabiq komitə sədrinin məhkəməsi başlayır
15:55
6 may 2024
Anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb
15:53
6 may 2024
Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
15:24
6 may 2024