Prezident İlham Əliyev Azərbaycan polo yığmasının üzvləri ilə görüşüb - VİDEO

Prezident İlham Əliyev Azərbaycan polo yığmasının üzvləri ilə görüşüb - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2015 11:57 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

APA-nın məlumatına görə, dövlət başçısı görüşdə çıxış edib.

Komandanın üzvü Elçin Camallı, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev görüşdə çıxış edərək ölkəmizdə idmana, atçılığın və onun polo növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkür ediblər.

Sonra prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim olunub.

Dövlət başçısı əldə edilmiş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd edib.

Polo üzrə milli komandamızın məşqçisi Silvester Qarros çıxış edərək ölkəmizdə idmanın inkişafı üçün görülən nəhəng işlərin nəticəsi olaraq Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda əldə etdiyi nailiyyətlərin dünya idman ictimaiyyətində yaratdığı təəssüratlardan danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR