Azərbaycan səfiri Efiopiya rəsmiləri ilə görüşüb

Azərbaycan səfiri Efiopiya rəsmiləri ilə görüşüb
# 11 noyabr 2015 10:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiya Federasiyasının yeni seçilmiş sədri Yale Abate Reta və Xalq Nümayəndələr Palatasının sədri Abadula Gemeda ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı E. Abdullayev Y. Retanı və A. Gemedanı bu vəzifələrə seçilmələri münasibətilə təbrik edərək, onlara yeni fəaliyyətlərində uğurlar arzulayıb.

Efiopiyalı rəsmilər isə Azərbaycan-Efiopiya münasibətlərinin əhəmiyyətini qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

A. Gemeda 2013-cü ildə Azərbaycana səfər etdiyini qeyd edərək, ölkəmizdə sürətli inkişaf, sabitlik və yüksək tolerantlıq ənənələrinin şahidi olduğunu bildirib. O, bütün bu nailiyyətlərin Azərbaycan rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasəti, iradəsi nəticəsində əldə olunduğunu vurğulayıb. A. Gemeda Azərbaycan hökumətinin ölkə miqyasında və regional səviyyədə inkişafın əldə olunmasında ardıcıl səylərinin təqdirəlayiq olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR