Astanada çoxmərtəbəli binada yanğın olub, 230 nəfər təxliyə edilib

Astanada çoxmərtəbəli binada yanğın olub, 230 nəfər təxliyə edilib
# 06 iyun 2016 04:18 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın paytaxtı Astanada 24 mərtəbəli “Baykonur” yaşayış kompleksində yanğın baş verib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentlə əlaqədar binanın 230 sakini təxliyə olunub.


İki nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Onlara müvafiq tibbi yardım göstərilib. Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR