Vaxtanq Kikabidze Bakıda konsert verəcək

Vaxtanq Kikabidze Bakıda konsert verəcək
# 18 dekabr 2014 14:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Gürcüstanın xalq artisti, məşhur müğənni Vaxtanq Kikabidze Bakıda solo konsert verəcək.

APA-nın Heydər Əliyev Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, konsert dekabrın 20-də Heydər Əliyev Mərkəzində “Mənim dəbdən düşməyən mahnılarım” adı altında baş tutacaq.

V. Kikabidze proqramda yaradıcılığının müxtəlif dövrlərində ifa etdiyi, ona uğur və şöhrət qazandıran mahnılarını təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR