Pakistanda zəlzələ qurbanlarının sayı 34-ə çatıb

Pakistanda zəlzələ qurbanlarının sayı 34-ə çatıb
# 16 aprel 2013 18:49 (UTC +04:00)

Bakı-APA. Pakistanın qərbindəki Bəlucistan əyalətində baş verən güclü zəlzələ nəticəsində 34 nəfər ölüb. APA-nın məlumatına görə, bu barədə yerli DAWN qəzeti məlumat yayıb.

Daha öncə 21 nəfərin öldüyü bildirilirdi.

ABŞ seysmoloqlarının məlumatına görə, zəlzələ 7,8 bal gücündə olub. Onun episentri İranın Zahedan şəhərindən 200 km cənub-şərqdə qeydə alınıb.

Zəlzələ Hindistanın paytaxtı Dehli şəhərində də hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR