Fövqəladə hallar naziri Kəmaləddin Heydərov UNİCEF-in nümayəndə heyəti ilə görüşüb - FOTO - VİDEO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov UNİCEF-in nümayəndə heyəti ilə görüşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 mart 2015 13:05 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov FHN-in UNICEF-in Bakı ofisi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

O, Azərbaycanın ev sahibliyi edəcək Birinci Avropa Oyunlarının ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri olduğunu, nazirliyin əməkdaşları tərəfindən bu əlamətdar tədbirə hazırlıqla bağlı genişmiqyaslı texniki və təhlükəsizlik tədbirləri proqramı həyata keçirildiyini bildirib.

Xanım Mari-Pyer Puarye deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri Novruz bayramı və qarşıdan gələn mühüm tədbir - Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir. Qonaq UNİCEF-in Azərbaycanla, o cümlədən müvafiq sahələr üzrə FHN-lə uğurlu əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR