Paytaxtda 630 kVt gücündə transformator yanıb

Paytaxtda 630 kVt gücündə transformator yanıb
# 27 avqust 2014 00:40 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda gücü 630 kVt transformatorda baş verib. Nəticədə, transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR