Şüvəlan çimərliyində bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə mühafizə postu yaradılıb

 Şüvəlan çimərliyində bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə mühafizə postu yaradılıb
# 08 iyul 2015 10:13 (UTC +04:00)

Bakı-APA. Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəniz sahilində çimmək üçün qadağan olunmuş ərazidə bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən mühafizə postu yaradılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mühafizəçilər adıçəkilən ərazidə çimməyin təhlükəli olması barədə vətəndaşları məlumatlandırıblar. Vətəndaşların göstərilən əraziyə daxil olmalarının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR