Tərcümə Mərkəzinin Elmi Şurasının iclası keçirilib

 Tərcümə Mərkəzinin Elmi Şurasının iclası keçirilib
# 07 may 2015 14:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi Şurasının toplantısı keçirilib. Mərkəzdən APA-ya verilən məlumata görə, toplantıda “Ölkənin ali təhsil ocaqlarında tərcüməçilik ixtisasının tədrisi” mövzusunda müzakirə aparılıb.

Tərcümə sahəsində yaşanan problemlər, tərcüməçilik ixtisası tədrisinin yenidən, beynəlxalq standartlara uyğun şəkildə qurulması, sinxron və ikinci dilin tədrisi üzrə təhsil bazasının yaradılması, professor-müəllim heyətinin xarici ölkələrdə ixtisasartırma təhsilinə cəlb edilməsi, ölkənin bütün sahələrində anlaşılmazlıq və xətalar törədən tərcüməçilərin müvafiq qurumun xüsusi razılığı əsasında fəaliyyət göstərməsinin vacibliyi və s. məsələlər müzakirə olunub.

Tədbirdə Mərkəzin Elmi Şurasının sədri, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Şuranın üzvləri – Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, ADU-nun rektoru Səməd Seyidov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Turizm Universitetinin rektoru Cəfər Cəfərov, Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali Təhsil İdarəsinin müdiri Natiq Əliyev, professor Vilayət Hacıyev və başqaları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR