Lerik sakininin qulağını kəsməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Lerik sakininin qulağını kəsməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
# 30 may 2016 10:10 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerik rayonunun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edilən zaman oğlu Rəfael İsiyevin qulağını kəsməkdə şübhəli bilinən kənd sakinləri 1982-ci il təvəllüdlü Əlirza Seyidəli oğlu İsiyev və 1988-ci təvəllüdlü Natiq Rzaxan oğlu Əliyev tutulublar.

APA-nın cənub bürosunun məlumatına görə, onlar bu gün səhər radələrində Lənkəran ərazində yaxalanıblar.

Hər iki şəxs barəsində həbs-qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslər zərərçəkənin qohumlarıdır.

Faktlar bağlı Lerik rayon Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR