I Avropa Oyunları zamanı 1 saylı Şəhər Kliniki Xəstəxanasında idmançılara, jurnalistlərə və turistlərə tibbi yardım göstəriləcək

 I Avropa Oyunları zamanı 1 saylı Şəhər Kliniki Xəstəxanasında idmançılara, jurnalistlərə və turistlərə tibbi yardım göstəriləcək
# 08 iyun 2015 10:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “I Avropa Oyunları zamanı 1 saylı Şəhər Kliniki Xəstəxanasında birinci növbədə idmançılara, daha sonra onları müşayiət edən məşqçilərə, aşpazlara və başqa şəxslərə, habelə akkreditasiyadan keçmiş jurnalistlərə və turistlərə tibbi yardım göstərilməsi nəzərdə tutulur”.

Bunu APA-ya açıqlamasında 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi Sultan Əliyev deyib.

S. Əliyev bildirib ki, bunun üçün xəstəxanada müxtəlif yerlər ayrılıb: “Biz bu işə hərtərəfli hazırlaşırıq. Boksda, güləşdə, gimnastikada idmançılar xəsarət ala bilərlər. Bundan başqa, onların mədə-bağırsaq problemləri ola bilər, özlərini pis hiss edə bilərlər. Bu iş üçün 1 saylı Şəhər Kliniki Xəstəxanası və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Bu məsələdə 95 faiz iş bizim, 5 faiz iş isə Bakı Sağlamlıq Mərkəzinin payına düşür”.

Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Bəbirov isə APA-ya açıqlamasında qeyd edib ki, Mərkəzin cərrahiyyə şöbəsinin bir mərtəbəsi artıq hazır vəziyyətə gətirilib: “Bütün ixtisaslarımız üzrə həkimlər növbədə qalır. Avadanlıqlarımız işlək vəziyyətdədir, dərman preparatlarımız var. Biz əslində cərrahiyyə şöbəsinin bir mərtəbəsini bağlamışıq. Məhz cərrahiyə yox, terapevtik xəstələr də düşəndə biz onları həmin şöbəyə yerləşdirəcəyik. Söhbət konkret şöbədən yox, ümumiyyətlə, idmançılar üçün ayrılan yerdən gedir. Turistlər də olsa onları şöbələrdə qəbul etməyə yerlərimiz var”.

T. Bəbirov əlavə edib ki, Bakı Sağlamlıq Mərkəzi gücləndirilmiş iş rejimində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR