“Tərkedilmiş” filminin premyerası keçirilib

“Tərkedilmiş” filminin premyerası keçirilib
# 03 aprel 2015 12:34 (UTC +04:00)

Bakı-APA. Aprelin 2-də Nizami Kino Mərkəzində “Tərkedilmiş” filminin premyerası keçirilib. APA-nın xəbərinə görə, Türkiyənin “Post Production” şirkəti tərəfindən maliyyələşdirilən ekran əsərinin rejissoru Korhan Uğurdur. Film məşhur Azərbaycan və türk aktyorları Könül Nağıyeva, Kamran Ağabalayev, Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgözün iştirakı ilə ekranlaşdırılıb.

Gecədə yaradıcı heyətlə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

Dram janrında olan film Suriyada vətəndaş müharibəsi nəticəsində qaçqın düşüb, Türkiyəyə gedən, yoxsulluqdan xilas olmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Ekran əsərinin şüarı isə belədir: “Bəzi insanların bədbəxtliyi digər insanları xoşbəxt edir və biz bunu insanlıq adlandırırıq”.

Film bu gündən etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR