İlin əvvəlindən avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 24 mln. manatdan çox ödənişi edilib

İlin əvvəlindən avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 24 mln. manatdan çox ödənişi edilib
# 02 dekabr 2014 12:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Noyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1,1 mln. manatdan çox sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 017 sığorta tələbi üzrə 1 188 252 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

972

1,101,122

19

29,630

19

22,500

7

35,000

1,017

1,188,252

2014-cü ilin yanvar-noyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 24,3 mln. manat sığorta ödənişi həyata keçirilib.

İSB noyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2 kompensasiya tələbi üzrə 7 800 manat, yanvar-noyabr ayları ərzində isə 65 kompensasiya tələbi üzrə 220 676 manat məbləğində kompensasiya ödənişi həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR