Con Kerri İraqa gözlənilməz səfər edib

Con Kerri İraqa gözlənilməz səfər edib
# 11 iyul 2016 16:10 (UTC +04:00)

Bakı - APA. ABŞ dövlət katibi Con Kerri İraqın paytaxtı Bağdada gözlənilmədən səfər edib.

APA-nın "France Press" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, iyulun 8-də baş tutmuş səfərin məqsədi ölkə rəhbərliyi ilə İŞİD-lə mübarizəni müzakirə etmək olub.

C. Kerrinin baş naziri Hayder əl-Əbadi, xarici işlər naziri İbrahim əl-Cəfəri və İraq Kürdüstanı hökumətinin baş naziri Nəçirvan Bərzani ilə görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR