Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 50 yaşı tamam olub

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 50 yaşı tamam olub
# 16 mart 2013 09:17 (UTC +04:00)

APA-nın məlumatına görə, E. Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E. Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E. Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisinin sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında xidmətə başlayıb.

E. Sultanov 2008-ci ildən Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR