FHN Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi Ağdamda tədbir keçirib

FHN Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi Ağdamda tədbir keçirib
# 26 sentyabr 2014 10:30 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi Ağdamda tədbir keçirib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, əsasən "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və idarələrinin idarə edilməsinin təşkili" mövzusunda reallaşdırılan mərasimdə rayonun müvafiq idarə və təşkilatlarının kollektivləri iştirak edib. Şəxsi heyətə fövqəladə vəziyyətlərdə necə davranmaları haqda təlimatlar verilib, tövsiyələr edilib.

Tədbirdə FHN-in yüksək vəzifəli əməkdaşları da iştirak edib. Analoji tədbirlər cəbhə bölgəsində yerləşən digər rayonlarda da həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR