İdman Dırmanması üzrə Açıq Respublika Çempionatı başa çatıb - FOTO

İdman Dırmanması üzrə Açıq Respublika Çempionatı başa çatıb - <span style="color: red;">FOTO
# 22 sentyabr 2014 09:30 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 20-21-də “ClimBaku” İdman Dırmanması Mərkəzində keçirilən idman dırmanması üzrə Açıq Respublika Çempionatı başa çatıb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarış sentyabrın 20-də kişi və qadın atletlərin boulderinq üzrə təsnifat yarışları, sentyabrın 21-də isə boulderinq üzrə final, sürət üzrə təsnifat, yarımfinal və final mərhələləri ilə davam edib.

140 yaxın idmançının iştirak etdiyi Açıq Respublika Çempionatının final mərhələsində idmançılar qarşılarına qoyduğu məqsədə nail olmaq üçün qızğın mübarizə aparıb.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışların sonunda qaliblər müəyyən olunub.

I, II və III yerləri tutan qaliblərə Gənclər və İdman Nazirliyinin Diplomu, FAİREX tərəfindən isə kubok, medal, təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.

İdman Dırmanması üzrə Açıq Respublika Çempionatının nəticələri:

Kişi atletlərin sürət üzrə final mərhələsinin nəticələri:

1. Babək İbadov (“Ekosport” İdman Klubu)
2. Möhsün Şirəliyev (“Dağçılıq” İdman Klubu)
3. Fərid Şahbazov (“Dağçılıq” İdman Klubu)

Qadın atletlərin sürət üzrə final mərhələsinin nəticələri:

1. Aysel Sultanova (“Gömrükçü” İdman klubu)
2. Reyhan Məmmədova (“Ekosport” İdman Klubu)
3. Sima Səfərova (“Qərb Universteti” İdman klubu)

Kişi atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:

1. Vahid Bayramlı (“Qərb Universteti” İdman Klubu)
2. Ramel Rəhimxanov (“Salavat” İdman Klubu)
3. Fərid Şahbazov (“Dagçılıq” İdman Klubu)

Qadın atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:

  1. Könül Hüseynova (“Kyanit” İdman Klubu)
  2. Sima Səfərova (“Qərb Universteti” İdman Klubu)
  3. Yelena Safranova (“Dagçılıq” İdman Klubu)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR