Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün saat 14:00-dək Sabunçu və 16.00-dək Abşeron rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, fasilə qaz nəqli sistemindəki ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədardır.