"Boeing" il ərzində satdığı təyyarələrin sayını 900-ə çatdıracaq

"Boeing" il ərzində satdığı təyyarələrin sayını 900-ə çatdıracaq
# 23 iyun 2016 12:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Boeing" korporasiyasına məxsus sərnişin təyyarələrinə tələbat artıb.


"APA-Economics" xəbər verir ki, bu barədə korporasiyasının prezidenti Denis Mülenberq Fransanın "Le Figaro" qəzetinə müsahibəsində deyib.


"Sərnişin təyyarələrinə tələbat azalmayıb, əksinə artıb. Bizim proqnozlara əsasən, qarşıdakı 20 il ərzində sərnişindaşımada tələbatı ödəmək üçün əlavə 38 min təyyarəyə ehtiyac olacaq. Biz qarşıdakı 5 il ərzində illik satışlarımızı hazırkı 750 ədəd təyyarədən 900-ə çatdırmağı planlaşdırırıq", - deyə şirkət rəhbəri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR