"Bank of Baku"nun səhmdarı ötən il aktivlərini kəskin artırıb

"Bank of Baku"nun səhmdarı ötən il aktivlərini kəskin artırıb
# 23 iyun 2016 07:00 (UTC +04:00)

Bakı - APA-Economics. "NAB Group of Companies" ötən il aktivlərini 48,88 mln. manata çatdırıb ki, bu da 2014-cü illə müqayisədə 2,4 dəfə çoxdur.

"APA-Economics" xəbər verir ki, aktivlərin strukturunda iştirak payı metodu üzrə investisiyaların payı 26,3 mln. manatdır. Halbuki, 2014-cü ildə bu göstərici 13,7 mln. manat olub.

Bununla yanaşı, qrup öhdəliklərini 5 dəfə artıraraq 27 mln. manata çatdırıb.

Şirkətlər qrupunun nizamnamə kapitalı ötən il dəyişməyərək 15 mln. 526.777 min manat olaraq qalıb, məcmu kapitalı isə 44,1% artaraq 21 mln. 922,871 min manata çatıb.

"NAB Group of Companies" ötən ili 118,573 min manat məbləğində zərərlə başa vurub. Qeyd edək ki, qrup 2014-cü ili də zərərlə başa vurmuşdu.

Onu da əlavə edək ki, "NAB Group of Companies" "Bank of Baku" ASC-də 35%-lik səhm paketinə sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR