Səfilrik: "Bavariyada qaçqın düşərgəsində baş verən yanğınla bağlı 40 nəfərdən ibarət xüsusi istintaq qrupu işləyir"

Səfilrik: "Bavariyada qaçqın düşərgəsində baş verən yanğınla bağlı 40 nəfərdən ibarət xüsusi istintaq qrupu işləyir"
# 25 avqust 2015 10:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində baş verən yanğınla bağlı 40 nəfərdən ibarət xüsusi istintaq qrupu məsələnin araşdırılmasını həyata keçirir. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı Səfirliyindən məlumat verilib. Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi AFR-in hüquq-mühafizə orqanları ilə müntəzəm əlaqə saxlayaraq, hadisənin araşdırılmasını diqqətdə saxlayır. Səfirliyimizin Oberpfalts Baş Polis idarəsindən əldə etdiyi məlumata görə, hazırda araşdırma qəsdən yanğın törətmə ehtimalı üzərində aparılır. Amma hələ ki şübhəli şəxs qismində heç kəs aşkar olunmamışdır. Hal-hazırda şahidlərin dindirilməsi davam etdirilir”,- deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR