“Xəzər: Ətraf mühit üçün texnologiyalar” VI Azərbaycan beynəlxalq ətraf mühit sərgisinin açılış mərasimi keçirilib - FOTOSESSİYA

“Xəzər: Ətraf mühit üçün texnologiyalar” VI Azərbaycan beynəlxalq ətraf mühit sərgisinin açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 noyabr 2015 10:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün “Xəzər: Ətraf mühit üçün texnologiyalar” VI Azərbaycan beynəlxalq ətraf mühit sərgisinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, sərginin açılışından əvvəl Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları və Şəhidlər xiyabanı ziyarət olunub.

Sərgi noyabrın 18-20-də Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “CTE” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il sərgiyə Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən 35 şirkət qatılıb.


Sərginin yerli iştirakçılarının böyük əksəriyyətini Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, eləcə də bu il sərgidə ilk dəfə iştirak edən Təhsil Nazirliyi kimi dövlət strukturları təşkil edir.

Sərgidə həmçinin “Təmiz Şəhər” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Ekol” və “Yağmur-2” şirkətləri iştirak edir. Bundan başqa, SOCAR və BP kimi neft şirkətlərin suyun, torpağın təmizlənməsi və toksin tullantıların idarə edilməsi üzrə texnologiyaları təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR