Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə tədbirlər həyata keçirilib - FOTO

Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə tədbirlər həyata keçirilib - <span style="color: red;">FOTO
# 15 iyul 2014 16:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti səfərbərlik hazırlığının təmin edilməsi məqsədilə bu ilin 6 ayı ərzində tədbirlər həyata keçirib.


Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Suraxanı rayon idarələrində, Abşeron, Ağdam, Bərdə, Biləsuvar, Xaçmaz, Göygöl, Kəpəz, Masallı, Nizami (Gəncə) və Şəki rayon şöbələrində, Qobustan, Xızı, Qax, Siyəzən, Şabran, Yardımlı və Samux rayon bölmələrində icra hakimiyyəti başçılarının iştirakı ilə ərazi icra nümayəndələri üçün səfərbərlik hazırlığı üzrə məşğələlər təşkil olunub.

Məşğələlərdə Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilib, hərbi vəzifəlilər qeydiyyatdan keçirilib.

Xidmətin Sumqayıt şəhər, Xəzər, Qaradağ, Nizami, Sabunçu və Xətai rayon idarələrində, Abşeron, Lənkəran, Masallı, Saatlı və Sabirabad rayon şöbələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri təyin olunmuş məntəqəyə toplanaraq onlara sıra baxışı təşkil olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR