İrlandiyalı boksçu: “Avropa Oyunlarında tarix yazmağı səbirsizliklə gözləyirəm”

İrlandiyalı boksçu: “Avropa Oyunlarında tarix yazmağı səbirsizliklə gözləyirəm”
# 04 iyun 2015 11:28 (UTC +04:00)

Məlahət Nəcəfova - APA. “Birinci Avropa Oyunlarının keçirilməsi tarixi bir hadisədir və mən də öz ölkəmi təmsil edərək tarix yazmaq üçün bu oyunları səbirsizliklə gözləyirəm”. APA-nın məlumatına görə, bu sözləri Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gəlməyə hazırlaşan irlandiyalı xanım boksçu Keti Teylor yerli “herald.ie” saytına müsahibəsində deyib.

5 qat dünya, 6 qat Avropa, eləcə də Olimpiya çempionu olduğunu söyləyən K. Teylor Avropa Oyunlarına da məhz çempion olmaq məqsədilə qatılacağını söyləyib: “Bu yarışlara qoşulduğum üçün mənə qarşı çoxsaylı təzyiqlər olur, lakin mən bunlara qarşı dayanmağı sevirəm. Mən bütün zamanların ən yaxşı qadın boksçusu olacağam”.

Saytın yazısında qeyd olunub ki, Avropa Oyunları beynəlxalq multi idman hadisəsi olacaq və bütün Avropanın milli olimpiya komitələrini bir araya gətirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR