Beşbarmaq dağında keçirilən qayayadırmanma yarışı başa çatıb - FOTO

Beşbarmaq dağında keçirilən qayayadırmanma yarışı başa çatıb - <span style="color: red;">FOTO
# 06 oktyabr 2014 16:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında təbii qayalarda keçirilən Qayayadırmanma üzrə Açıq Respublika Çempionatı başa çatıb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, çempionat Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.

80-ə yaxın idmançının iştirak etdiyi çempionat kişilər və qadınlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar.

Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hər il mütəmadi olaraq keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olmaqla yanaşı, digər gənclərdə də bu yarış növünə böyük maraq yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR