Ermənistanda KTMT xarici işlər nazirlərinin iclası keçirilir

Ermənistanda KTMT xarici işlər nazirlərinin iclası keçirilir
# 04 iyul 2016 13:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, açılış mərasimində çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan iclasda təşkilatın fəaliyyəti, ölkə prezidentlərinin qərarları ilə əlaqədar bir sıra məsələlərə baxılacağını bildirib. O, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacağını da söyləyib.

Toplantının gündəliyinə Yaxın Şərq və Əfqanıstanda vəziyyətin dəyişməsi fonunda beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizə məsələsi daxil edilib. 2025-ci ilə kimi təşkilatın kollektiv təhlükəsizlik strategiyası layihəsi də müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR