Rusiya Olimpiya Komitəsinin prezidenti: “I Avropa Oyunları baş tutub” - FOTO

Rusiya Olimpiya Komitəsinin prezidenti: “I Avropa Oyunları baş tutub” - <span style="color: red;">FOTO
# 26 iyun 2015 14:04 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu Rusiya Olimpiya Komitəsinin prezidenti, Dövlət Dumasının sədr müavini Aleksandr Jukov bildirib.


“Oyunlar bazar günü yekunlaşır, lakin indidən ilk nəticələr barədə danışmaq olar. Fikrimcə, Oyunlar baş tutub. Bu, çox maraqlı, böyük və əhəmiyyətli yarışmadır. Yarışlar başlamazdan əvvəl çoxlarının oyunların hansı səviyyədə olacağı barədə şübhəsi vardı. Bu gün isə artıq aydındır ki, Avropa Oyunları yaxşı təşkil olunub. Oyunlarda ən güclülər iştirak ediblər”.

Qeyd edək ki, Rusiya idmançıları Avropa oyunlarının bitməsinə 3 gün qalmış ümumi komanda hesabında ilk yeri artıq təmin ediblər. Onların hesabında 59-u qızıl olmaqla 123 medal var. Rusiya komandasını 15-i qızı olmaqla 46 medal qazanan Azərbaycan izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR