Azərbaycan musiqiçiləri Parisdə konsert verəcəklər

Azərbaycan musiqiçiləri Parisdə konsert verəcəklər
# 28 aprel 2015 14:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan musiqiçiləri beynəlxalq caz musiqisi günü münasibətilə Parisdə konsert verəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aprelin 30-da beynəlxalq caz musiqisi günü münasibətilə Fransanın paytaxtı Parisdə silsilə tədbirlər və konsert proqramları təşkil ediləcək.

Azərbaycanı tədbirdə “Cəngi” estrada folklor ansamblı, ansamblın bədii rəhbəri, əməkdar artist Mircavad Cəfərov, pianoçu Etibar Əsədli və cazmen İsfar Sarabski təmsil edəcək.

Azərbaycan musiqiçiləri Parisin aparıcı caz klublarından birində çıxış edəcəklər. Konsertlər Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR