Zaqatalada dövlət müəssisəsinin həyətində asılmış kişi meyiti tapılıb - YENİLƏNİB - VİDEO

Zaqatalada dövlət müəssisəsinin həyətində asılmış kişi meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 19 noyabr 2015 08:39 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov – APA. Zaqatalada dövlət müəssisəsinin həyətində asılmış meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, aparılan araşdırma zamanı məlum olub ki, intihar edən şəxs həmin idarənin gözətçisi, Zaqatala şəhər sakini, 1964-cü il təvəllüdlü Pənah Şeyub oğlu Osmanovdur.

Baş vermiş hadisə ilə bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

***

10.37

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayon Mənzil Kommunal Təsərrüfat Birliyində intihar hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında Zaqatala şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları işə gələrkən idarənin həyətində asılmış kişi meyiti aşkar ediblər. Dərhal hadisə barədə polis və prokurorluq əməkdaşlarına məlumat verilib.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, meyiti aşkarlanan şəxsin kimliyi hələlik məlum deyil.

Onun kimliyinin və hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR