Bakıda metroda intihar hadisəsi baş verib – YENİLƏNİB 1

 Bakıda metroda intihar hadisəsi baş verib – YENİLƏNİB 1
# 05 sentyabr 2015 10:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.

***

13:04

Bakı. Şəhriyar Əlizadə -APA. Bakıda özünü metro qatarının altına atan şəxsin meyiti çıxarılaraq adiyyatı orqanlara təhvil verilib.

Bu barədə APA-ya məlumat verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazrıda metroda qatarların hərəkəti bərpa olunub.

***

12: 38

Bakı. Şəhriyar Əlizadə -APA. Bakıda metroda bədbəxt hadisə baş verib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, metronun “28 May” stansiyasında bir nəfər hərəkət edən qatarın altına yıxılıb. N. Paşayev qatarın hərəkətinin dayandırıldığını, həmin şəxsin öldüyünü bildirib.

Hadisənin intihar olub-olmaması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR