Pakistanda terrorçu özünü bazarda partladıb, 5 nəfər ölüb, 25 nəfər yaralanıb

Pakistanda terrorçu özünü bazarda partladıb, 5 nəfər ölüb, 25 nəfər yaralanıb
# 04 oktyabr 2014 23:41 (UTC +04:00)

Bakı-APA. Pakistanın qərbində yerləşən Kvetta şəhərində terrorçu-kamikadze bazarda özünü partladıb, nəticədə azı 5 nəfər ölüb, 25 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlər arasında bir qadın və bir uşaq, yaralananlardan isə 7-si uşaqdır.

Partlayış törədilən zaman bazarda çoxlu insan olub.

Bundan əvvəl Pakistanın Heybər-Paxtunxva əyalətindəki Koxat şəhərində, avtobus dayanacaqlarından birində törədilən partlayış nəticəsində 6 nəfər ölüb, 17 nəfər yaralanıb.



Partlayış Qurban bayramı ilə əlaqədar mərasimə yollanan dindarların dayanacağa yaxınlaşdığı an baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR