Narkotik saxlamaqda təqsirləndirilən daha bir şəxsə bəraət verilib

Narkotik saxlamaqda təqsirləndirilən daha bir şəxsə bəraət verilib
# 30 may 2016 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yasamal rayon Məhkəməsində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda təqsirləndirilən Anar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı isə apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətə yaxın günlərdə baxılacaq.


Qeyd edək ki, A. Zeynalov Cinayət Məcəlləsinin 234. 1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə və saxlama) maddəsinə əsasən ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR