Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2016-cı il iyunun 1-nə 2 573 ədəd bankomat quraşdırılıb.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, aprel ilə müqayisədə 20 ədəd və ya 0,78% çox, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 97 ədəd və ya 3,6% azdır.
Qeyd edək ki, 6 aydır ki, Azərbaycanda quraşdırılan bankomatların sayı azalır. Belə ki, 6 ay bundan əvvəl, yəni ötən il noyabrın 1-nə bankomatların sayı 2711 ədəd olub. Bundan sonra bankomatların sayı hər ay müvafiq olaraq 16, 1, 121, 11, 2, 7 ədəd azalaraq cari ilin mayın 1-nə 2553 ədəd təşkil edib.
Cari ilin iyunun 1-nə bankomatların 1421-i (keçən ilə nəzərən 5,6% azalma ilə) Bakı şəhərində, 1152-si (keçən ilə nəzərən 1,03% azalma ilə) isə digər şəhər və rayonlarda yerləşir.