GUAM ölkələri onların suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətləri pisləyiblər

GUAM ölkələri onların suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətləri pisləyiblər
# 05 dekabr 2014 14:58 (UTC +04:00)

APA-nın İsveçrəyə ezam olunmuş müxbirinin xəbərinə görə, GUAM-a üzv olan ölkələr onların suverenliyinə və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətləri pisləyiblər.

Təşkilatın katibliyindən bildiriblər ki, GUAM Xarici İşlər Nazirləri Şurasının iclasına sədrlik edən tərəfin (Moldova) “GUAM məkanında həlli yubanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” adlı qətnamə layihəsinin irəliləməsi üzrə görülən işlər haqqında məlumatı diqqətə alınıb. Şura həmçinin 2015-2016-cı illərdə GUAM-ın sahələr üzrə işçi qrupunun əlaqələndirici ölkələrinin təsdiqlənməsi haqqında qərar qəbul edib. GUAM-ın digər dövlət və beynəlxalq təşkilatlarla, xüsusilə ABŞ və Yaponiya ilə əməkdaşlığı da müzakirə olunub.

İclasa Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici işlər nazirləri qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR