Rusiya Yaponiyanın sanksiyalarına cavab verib

Rusiya Yaponiyanın sanksiyalarına cavab verib
# 22 avqust 2014 14:24 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Rusiya Yaponiyanın tətbiq etdiyi sanksiyalara analoji şəkildə cavab verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Yaponiyanın Moskvadakı səfiri Tikaxito Xaradeyə Rusiya Xarici İşlər Nazirliyinin hazırladığı “qara siyahı” təqdim olunub.

Qeyd edilib ki, siyahıda yer alan şəxslərə Rusiyaya səfər etmək qadağan olunub.

Xatırladaq ki, avqustun əvvəlində Yaponiya hökuməti Rusiya və Ukraynanın bəzi vətəndaşlarının ölkəyə girişini yasaqlayıb. Sanksiyalar 40 nəfərə, o cümlədən Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə şamil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR