Xalq artisti Zeynəb Xanlarova Nyu-Yorkda konsert verəcək

Xalq artisti Zeynəb Xanlarova Nyu-Yorkda konsert verəcək
# 06 noyabr 2014 13:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Zeynəb Xanlarova ABŞ-da konsert verəcək.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, konsert Nyu-Yorkda keçiriləcək.

Xalq artisti gələn ilin martında Toronto və San Fransiskoda konsert proqramı ilə çıxış edəndən sonra apreldə Nyu-Yorkda səhnəyə çıxacaq.

Z.Xanlarova konsertdə müxtəlif illərdə oxuduğu seçilmiş mahnılarını təqdim edəcək.

Qeyd edək ki, xalq artisti sonuncu dəfə 2012-ci ildə Nyu-Yorkda konsert proqramı ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR