Bank Of Baku

Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
# 07 sentyabr 2026 08:32 (UTC +04:00)

Bu gün Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 7-də paytaxt ərazisində Transformator Məntəqəsində (TM), eləcə də Göyçay və Yevlaxda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tağı Şahbazi küçələrinin bir hissəsində elekrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Göyçay Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 10:00-dan 13:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Kövər kəndini də əhatə edəcək.

Bildirilir ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR