Azərbaycanda "İtaliya mətbəxi" həftəsi keçirilir.
APA xəbər verir ki, İtaliya səfirliyi və İtaliya Ticarət Agentliyinin (ITA) Bakı Ofisinin təşkil etdiyi tədbirin məqsədi İtaliya mətbəxinin tanıdılması, ərzaq və şərab məhsullarının təşviqidir.
“Dünyada İtaliya Mətbəxi Həftəsi” çərçivəsində keçirilən tədbirin fəxri qonağı İtaliyanın Berqamo şəhərinin Brusaporto bölgəsində yerləşən, üç “Michelin” ulduzuna layiq görülmüş “Da Vittorio” restoranının baş aşpazı Bobo Cereadır.
Proqram çərçivəsində qonaqlar üçün ustad dərsi, üçün kulinariya nümayişi təşkil olunub.
Qeyd edilib ki, İtaliya Azərbaycanın ərzaq məhsulları və şərab üzrə əsas təchizatçılarından biridir. İtaliya Ticarət Agentliyinin məlumatına görə, 2025-ci ildə İtaliyadan Azərbaycana ərzaq məhsullarının ixracı təxminən 15,51 milyon avro təşkil edib. 2023-cü ildə bu göstərici 14,43 milyon avro olub. 2026-cı ilin ilk yeddi ayında isə ixracda 11,5 faizdən çox artım qeydə alınıb.
Şərab sektorunda da İtaliyanın mövqeyi diqqət çəkir. Belə ki, 2025-ci ildə Azərbaycan ümumilikdə təxminən 5,9 milyon avro dəyərində şərab idxal edib. Bunun 2,17 milyon avroluq hissəsi İtaliyanın payına düşüb. Bu, ümumi idxalın təxminən 37 faizini təşkil edir.
Xatırladaq ki, İtaliya mətbəxi 2025-ci ilin dekabrında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.