Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib.
APA xəbər verir ki, “Gələcəyə tərəf” devizi ilə keçirilən Sammit gələcəyin peşə və bacarıqlarına dair strateji istiqamətlərin müəyyənləşdirilməsi, əmək bazarının yeni çağırışlarının dəyərləndirilməsi, eləcə də dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqi üçün vahid platforma rolunu oynayıb.
Sammitin əsas məqsədi əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişafına və mütəxəssislərin yeni çağırışlara adaptasiyasına dəstək göstərmək, insan kapitalının inkişafında beynəlxalq təcrübə və innovativ yanaşmaların tətbiqini təşviq etmək olub.
Tədbirin açılışında çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov texnoloji yeniliklərin, süni intellektin və rəqəmsallaşmanın əmək bazarına sürətlə inteqrasiya etdiyini, peşələrin məzmununu və işəgötürənlərin tələblərini dəyişdirdiyini bildirib. O, diqqətə çatdırıb ki, bu dəyişikliklərə yalnız uyğunlaşmaq deyil, gələcək tendensiyaları əvvəlcədən müəyyənləşdirmək və onlara hazırlaşmaq da vacibdir:
"Texnologiyanın inkişafı insan amilinin rolunu azaltmır. Əksinə, insan potensialının texnoloji imkanlarla birləşdirilməsi gələcəyin əsas rəqabət üstünlüklərindən biridir. Bu baxımdan insan kapitalına investisiya, ömürboyu öyrənmə, davamlı ixtisasartırma və təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır".
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov süni intellekt dövründə insan kapitalının inkişafından bəhs edərək, süni intellektin gələcəyi ilə bağlı aparılmış tədqiqatlara dair məlumat verib. Əmək bazarı iştirakçılarının süni intellekt biliklərini artırmalarının vacibliyi qeyd edilib. O, Azərbaycanda süni intellekt ekosisteminin qurulması, dövlət idarəçiliyində, iqtisadiyyatda və cəmiyyətdə tətbiqinin genişləndirilməsi istiqamətində işlər aparıldığını bildirib.
Dövlət və özəl sektorun nümayəndələrini, insan resursları mütəxəssislərini və təhsil ekspertlərini, karyera məsləhətçilərini və sahibkarları, vətəndaş cəmiyyəti təmsilçilərini, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvlərini bir araya gətirən tədbir çərçivəsində “Qlobal dəyişikliklərdən fərdi bacarıqlara” və “Dəyişiklikdən rəqabət üstünlüyünə” adlı iki panel müzakirəsi təşkil olunub.
Panellərdə yerli və xarici spikerlər tərəfindən qlobal əmək bazarının transformasiyası, təşkilatların gələcəyin insan kapitalını necə formalaşdırması, süni intellekt dövründə fərdi rəqabət üstünlüyünün əldə edilməsi, dəyişikliklərə liderlik etmək, gələcəyə hazır təşkilatların qurulması və s. mövzularda çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb.
Sammitdə “Birlikdə qur, birlikdə yüksəl!” adlı vörkşop da təşkil olunub.
Qeyd edək ki, Gələcəyin Peşələri Sammitinin ölkəmizin regionlarında da təşkili nəzərdə tutulub.
Bakıda növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - FOTO
Sosial
Dövlət Agentliyi: Azərbaycanda reklamların 70%-i xarici dildədir
Xəzərin sahilboyu ərazilərindəki torpaqlarla bağlı bəzi mexanizmlər açıqlanıb
Sədr müavini: Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var
Xəzərin sahilboyu ərazisi ilə bağlı əsasnamə təsdiq olunacaq, qanunvericiliyə dəyişikliklər ediləcək
Xəbər Lenti
Məktəbi su basdı, zərərini sığorta şirkəti ödədi
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır
Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir
Aİ Nümayəndəliyi: Azərbaycanla yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlar yekun mərhələdədir
Dövlət başçısı: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Prezident: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır
AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Çin lideri Tramp və Putinlə görüşdə dünyada nüvə silahlarının məhv edilməsinə çağırış edib
Baş katib: Türkiyə DDoS hücumlarına ən çox məruz qalan üçüncü ölkə olub
Namizəd Səfərova cəza istənilib
Sabah 21 dərəcə isti olacaq - PROQNOZ
Tramp Rusiya və Çin liderləri ilə dialoqun vacibliyini vurğulayıb
Dövlət Agentliyi: Azərbaycanda reklamların 70%-i xarici dildədir
İcraçı direktor: Kiberdiplomatiyanın arxasında texnoloji və iqtisadi amillər dayanır
Tramp: Rusiya və Ukrayna müharibənin başa çatmasını istəyir
Putin beynəlxalq sülhün qorunmasında Rusiya, ABŞ və Çinin məsuliyyət daşıdığını bildirib
Si Cinpin: Çin, ABŞ və Rusiya qlobal çağırışların öhdəsindən gəlmək üçün birlikdə çalışmalıdır
Qazaxda yol qəzasında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-3
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Tarixi dostluqdan strateji tərəfdaşlığa - TƏHLİL
Çin lideri Trampa Tayvanla bağlı xəbərdarlıq edib
Uitkoff və Kuşner Çindən Berlinə gedəcək
Azərbaycan Gürcüstandan avtomobil idxalını 28% azaldıb
Agentlik sədri: İlk dəfə bu il dincə qoyulan torpaqlara görə subsidiya ödənilib
Xalq artisti Mehriban Zəki: Mənim üçün o insanla ünsiyyətdə olmaq, onun fikirlərinin arxasınca getmək çox rahat idi - MÜSAHİBƏ
Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş başlayıb - VİDEO
On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb
Esmeralda Kazia: Süni intellekt milli qərarlara görə məsuliyyət daşıya bilməz
Paşinyan yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə, növbəti seçkilərdə Baş nazirliyə namizəd olmayacağına söz verib
Xəzərin sahilboyu ərazilərindəki torpaqlarla bağlı bəzi mexanizmlər açıqlanıb
Bekzod Muminov: BMT, UNESCO və ITU süni intellekt sahəsində beynəlxalq dialoqda mühüm rol oynamalıdır
Kreml: Putin-Tramp görüşü ümumilikdə yaxşı keçib
Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində - FOTO
“Xocalı” gəmisi RINA təsnifat cəmiyyətinin nəzarəti ilə aralıq yoxlamadan uğurla keçib
Sədr müavini: Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var
Gürcüstan dəmir yolları ilə daşınan yüklərdə Azərbaycanın payı azalıb
Azərbaycan 160 mln. dollara yaxın Gürcüstan məhsulu idxal edib
Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb
Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik
Xəzərin sahil mühafizə zolağında 3 200-dən çox qanunsuz tikili aşkarlanıb
“Anglo Asian Mining” Qoşa və Ordubad sahələrini Azərbaycan hökumətinə qaytarır
Xəzərin sahilboyu ərazisi ilə bağlı əsasnamə təsdiq olunacaq, qanunvericiliyə dəyişikliklər ediləcək
Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
EİB, IFC və OeEB “Bank Respublika”nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər - EKSKLÜZİV
DTX-nın rəis müavini: Son dövrlər Azərbaycanın gov.az seqmentinə qarşı DDoS və digər kiberhücumlar qeydə alınıb
Şöbə müdiri: Dəniz kənarında fəaliyyət göstərən obyektlər təmizləyici qurğular tam işlək vəziyyətdə olmadan fəaliyyət göstərir
Fərid Şəfiyev: Azərbaycan İraqın ərazi bütövlüyünü dəstəkləyir, türkmanlara yardım göstərməyə hazırıq
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15%-ə yaxın artıb
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək