Sabirabad. Əlibəy Zeynallı – APA. Sabirabad rayonunda qardaş bacısını qətlə yetirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi rayonun Balakənd kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyəni bıçaqlayaraq öldürüb. Onun bacısının kürək nahiyəsinə 18 bıçaq zərbəsi endirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.