Əbülfəs Qarayev Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin Moskvada keçiriləcək iclasına qatılacaq

Əbülfəs Qarayev Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin Moskvada keçiriləcək iclasına qatılacaq
# 12 aprel 2013 07:51 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Aprelin 15-16-da Moskvadakı Böyük Teatrda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin 10-cu iclası keçiriləcək. APA-nın AŞ-nin saytına istinadən verdiyi xəbərə görə, tədbir 3 sessiyadan ibarət olacaq. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Hökumətlərin rolu: yeni təhdidlər və imkanlar” mövzusunda keçiriləcək sessiyada çıxış edəcək.

Tədbirdə AŞPA prezidenti Jan Klod Minyon da iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR