Ağcabədidə iki yük maşını toqquşub, ölən və xəsarət alan var - VİDEO

Ağcabədidə iki yük maşını toqquşub, ölən və xəsarət alan var - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 09:24 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hindarxı kəndi ərazisində qeydə alınıb. 04 - BX - 342 və 99 - BV -131 dövlət nömrə nişanlı “KamAZ” markalı iki yük maşınının toqquşması nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə xəsarət aldığı bildirilir.

Xəsarət alan Ağcabədi rayon Tanyaq kənd sakini, 1975-ci il təvəllüdlü Zöhraqb Nəbizadə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Ölən şəxsin isə 99 - BV -131 nömrəli avtomobilin sürücüsü, Laçın rayonundan məcburi köçkün olan Malik Qasımov olması müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR